Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Enn Ders «Jurnalistlərin dostu» mükafatına layiq görülüb


«Jurnalistlərin dostu» mükafatını qəbul etmək mənim üçün böyük şərəfdir»

«Jurnalistlərin dostu» mükafatını qəbul etmək mənim üçün böyük şərəfdir»

Amerika səfiri Enn Ders Azərbaycanda «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

Diplomat Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində bu mükafatı alıb.

Xanım Ders «ABŞ-ı təmsil edərək «Jurnalistlərin dostu» mükafatını qəbul etmək mənim üçün böyük şərəfdir», - deyib.

«Azad media vətəndaşların hüquqlarının əsas təminatçısıdır və azad media olmadan həqiqi azadlıq ola bilməz. Biz inanırıq ki, azad cəmiyyətdə qanun azad mətbuatı qorxutmamalı, əksinə onu qorumalıdır. Biz həmçinin inanırıq ki, bütün insanlar Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqlarına dair ümumbəşəri qətnaməsinin 19-cu bəndində əks olunan söz azadlığı kimi danılmaz hüquqdan faydalanmalıdırlar».

Səfir daha sonra bildirib ki, onun ölkəsi dünyanın hər yerində demokratiyanın mühüm elementi olan azad, müstəqil, peşəkar və etika qaydalarına riayət edən medianın inkişafını dəstəkləyir.

Hazırda Azərbaycanda üç jurnalist müxtəlif müddətə azadlıqdan məhrum edilib, beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə hökumətin mətbuata artan təzyiqlərini pisləyən bəyanatlar veriblər.
XS
SM
MD
LG