Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:00

Gülə-gülə Yerevana...


Şərhçi yazır ki, Gül Yerevana getsə hamını təəccübləndirər
Şərhçi yazır ki, Gül Yerevana getsə hamını təəccübləndirər
Abdullah Gül Yerevana futbola baxmağa… getsə yaxşıdır. Şərhçi Mehmet Əli Birand «Turkish Daily News»da çıxan məqaləsində belə yazır.

Sentyabrın 6-da Türk yığması Yerevanda Ermənistan yığması ilə oynayacaq. Ermənistan prezidenti Serj Sarkisyan oyuna baxmaq üçün türkiyəli həmkarını ölkəsinə dəvət edib. Ankara dəvət barədə düşünür.

Mehmet Əli Birant yazır ki, prezidentin Ermənistana səfəri ideyasından Türkiyədə çoxlarının «saçlarını biz-biz durub». Kimidə vətənpərvərlik hissi, kimidə şübhələr oyanıb. Bəziləri deyir ki, Yerevan Türkiyənin ən böyük düşmənin paytaxtıdır, prezident ora getməməlidir. Bəzilər narahatdır ki, ermənilər Abdullah Gülü təhqir edər, məsələn, ona yumurta atarlar. Hətta sui-qəsdə cəhd də edə bilərlər.

Amma soyuq başla düşünəndə, Gülün Yerevana getməyi məsləhətdir.

Mehmet Əli Birant Türkiyə və Ermənistanın vəziyyətini təsvir edir: xatırladır ki, ermənilərin soyqırım iddiasını Qərbin böyük hissəsi qəbul edib, Türkiyə isə hələ ki, vaxt qazanmaqla məşğuldur. Ankara beynəlxalq tarixçilərdən ibarət komissiya yaradılmasını istəyir. Bu da əlbəttə, ermənilərin heç xoşuna gəlməyib. Soyqırım iddiasını qəbul edənlərin sayı artırsa, komissiyaya nə ehtiyac var? İndi Ermənistan da, Türkiyə də dünyanın gözündə mümkün qədər şirin, mümkün qədər haqlı görünməyə çalışır. Ermənistan dəvət məsələsini ortaya atıb, bəs Türkiyə nə etməlidir?

Mehmet Əli Birant hər iki variantı nəzərdən keçirir.

Abdullah Gül Ermənistana getməsə nə olar? Heç nə… bu, gözlənilən hərəkətdir. Ermənilər Türkiyəni dünyaya elə belə tanıdırlar: Türkiyə balaca Ermənistana yuxarıdan aşağı baxır, erməniləri qırdığı bəs deyil, sərhədlərini də bağlayıb… Şərhçi deyir ki, Türkiyənin imici elə belədir və Abdulla Gül Sarkisyanın dəvətini rədd etsə, Ermənistana getməsə, heç kimi təəccübləndirməyəcək.

Bəs getsə?

Getsə, şərhçinin fikrincə, Gül hamını təəccübləndirər. Münasibət dəyişər, Ankaranı da dinləyən olar. Bəlkə Ankaranın beynəlxalq komissiya yaratmaq ideyasının arxasında xoş niyyət olduğunu anlayarlar.

Bir də axı türk komandası oynayır. Prezidenti tribunada görmək oyunçulara dayaq olar.

Mehmet Əli Birant yazır ki, proseslərin belə davam etməsi, doğrudan da Ermənistanla Türkiyə arasında dialoqa, münasibətlərin düzəlməsinə, hətta soyqırım məsələsinin yoluna qoyulmasına səbəb ola bilər. İdman diplomatik münasibətlərdə həmişə rol oynayıb. Odur ki, fürsəti ucuz vətənpərvərlik şousuna qurban vermək olmaz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG