Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46

Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edilib


Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti qismən bərpa edilib. Bu barədə Quba rayon icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abıyev məlumat verib. Onun sözlərinə görə, hələ yolun az bir qismi təmizlənib və əhalinin narazılığını nəzərə alaraq, nəqliyyat vasitələrinin hərəkət etməsinə icazə verilib. O, bildirib kİ, hazırda dəyən zərərin miqdarı hesablanır.

Yolun 30-cu kilometrliyində sürüşmə hadisəsi iyulun 22-si axşam saatlarında baş verib. Nəticədə qaya parçaları qoparaq yolu bağlamışdı. Sürüşmədən sonra altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, Qırız Dəhnə kəndi isə elektrik enerjisiz qalmışdı. ANS

Günün bütün mövzuları

XS
SM
MD
LG