Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:09

Saatlıda hasarlama


Magistral yolların kənarının hasarlamasına ilk dəfə Naxçıvanda başlanılıb
Magistral yolların kənarının hasarlamasına ilk dəfə Naxçıvanda başlanılıb
Saatlı rayonundan keçən magistral yolun kənarındakı kəndlər hasarlanır. Bütün əvvəlki çəpər və hasarlar sökülərək mərkəzi şosedən bir neçə metr kənarlaşdırılır və daş hasarla əvəzlənir. Hələlik bu hasarlama yolun bir üzündə aparılır.

Rayon İcra hakimiyyətinin başçısı Siracəddin Cabbarovun «Azadlıq» radiosuna dediyinə görə, bu iş hələlik Saatlı rayonun girişindən tutmuş 7 km ərazidə aparılır. Daha sonra bu iş qonşu İmişli rayonuna qədər 25 km-lik ərazidə də davam etdiriləcək. Tikinti işləri rayonun daxili imkanları hesabına aparılır.

Daxili imkanların konkret nədən ibarət olduğuna gəldikdə, cənab Cabbarov deyir ki, bura ayrı-ayrı iş adamlarının yardımı və prezident sərəncamıyla abadlıq işlərinə ayrılan vəsaitlər nəzərdə tutulur. İcra başçısının sözlərinə görə, əsas məqsəd rayonu «əsil rayon görkəminə» gətirməkdi.

«İstəyirik ki, digər rayonlar kimi Saatlı da gözəl görünsün. Tikinti işlərini hər hansı şirkət aparmır, əsasən abadlıq işlərinə rayonun işsiz adamları cəlb olunub».

Hündürlüyü iki metrə yaxın olan hasarın çəkilişinə nə qədər vəsait ayrılmasına gəlincə, icra başçısı deyir ki, bu məbləğ işin sonunda müəyyən ediləcək. Bütün tikinti materiallarını topdansatış qiymətlərə aldıqlarını deyən başçının sözlərinə görə, 1 manata olan tikinti daşlarını 80 qəpiyə, sementi də pərakəndə satış qiymətindən bir az ucuz alırlar. Amma görüləcək bu işlərə ümumilikdə nə qədər vəsait sərf olunacağına gəlincə, icra başçısı deyir ki, bu işin sonunda məlum olacaq.

Saatlı rayonunun illik büdcəsi isə 12 milyon manatdır.

Magistral yolların kənarındakı yaşayış məntəqələrinin ilk belə hasarlamasına bu ilin əvvəllərindən Naxçıvan Muxtar Respublikasında başlanılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG