Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:40

Siyasət

«Azadlıq»ın susdurulması azadlığı yaxınlaşdıracaq

Publisist Məmməd Süleymanov: «Azadlıq»a bütün xalq qulaq asırdı. Taksi sürücülərindən başlamış evdar qadınlara qədər. Artıq elə bu, “Azadlıq”ı qapatmaq üçün dəlil idi. Başqa harada alternativ fikir eşitmək olardı ki?»

101.7 FM-də "Azadlıq" radiosunun yayımı yanvarın 1-də gecəyarısı dayandırılıb
x
101.7 FM-də "Azadlıq" radiosunun yayımı yanvarın 1-də gecəyarısı dayandırılıb
Şriftin ölçüsünü dəyiş - +
Məmməd Süleymanov  Bizim yol qəzetində dərc olunan məqaləsində yazır ki,  "Azadlıq" radiosu son Azadlıq adacığı idi. "O, azad sözün son Bastiliyası idi. Və hakimiyyət bu Bastiliyanı da aldı. Müqavimətsiz. Asanlıqla".

Müəllifin fikrincə, Azərbaycanda heç nəyin adı onun məğzinə uyğun gəlmir. "Və kütlə də bilir - kimdənsə qanuna riayət tələb edirlərsə, deməli özlərinə tabe olmayanı cəzalandırmaq istəyirlər. Qanuna qalsaydı, bu hakimiyyət yox olmalıydı. Ancaq...
Ancaq Mussolini İtaliyasında mafiya yox idi. Çünki hakimiyyət özü mafiyaydı.

Bu ölkədə qanunçuluğu kimi məhv etmək istəyirlərsə, onun gözünə soxurlar. Böyük canilər ölkəni qanunsuzluq yuvasına çevirib. Və hamını da bu kor dalana çağırırlar."

Məməd Süleymanov hesab edir ki, “Azadlıq” radiosunu bağlamaqda motiv - tənqidi sözü boğmaqdır:
"Ancaq formal olaraq hakimiyyət haqlıdır - xarici radiostansiyanın yerli tezliyi ola bilməz. Nə vaxtsa bu hakimiyyət özü “Azadlıq”a təklif etmişdi - yerli tezliklə yayımlanın. Bu günsə deyirlər - olmaz. Bir sözlə, boğazadək çirkabda olanlar başqalarını qaydaları pozmaqda suçlayır. Qaydalar isə qanunla yox, bütün diktaturalarda olduğu kimi, bir (uzağı bir neçə) nəfərin iradəsi ilə tənzim olunur."

Müəllif hesab edir ki, bundan sonra hədəf İnternet və bloqlar olacaq.

"...Başsağlığı verməyin zamanıdır - bütün xalqa. Çünki, “Azadlıq”a bütün xalq qulaq asırdı. Taksi sürücülərindən başlamış evdar qadınlara qədər. Artıq elə bu, “Azadlıq”ı qapatmaq üçün dəlil idi. Başqa harada alternativ fikir eşitmək olardı ki? Proseslər o istiqamətdə gedir ki, sabah hakimiyyət internetə və bloqlara qarşı dirənəcək. Çünki müstəqil düşüncə üçün başqa meydan qalmayıb."

Məmməd Süleymanovun fikrincə, radionun FM tezliyində yayımını dayandırmaqla onun geniş kütləyə xidmətini məhdudlaşdırmaq cəhdi hakimiyyət üçün gözlənilməz nəticələr verə bilər.
Hakimiyyət əlindən gələni edir ki, xalq anlasın - bu siyasi sistemi orta əsrlərin zibilliyinə tullamağın zamanıdır. Xalq isə susur. Odur ki, “Azadlıq”ın qapanması tək-tək adamlar üçün faciədirsə, əksəriyyət (o cümlədən, “Azadlıq”ı dinləyənlər) üçün adidən adi hadisədir.
Ancaq əsas nəticə unudulur. Ki, bütün mürtəceliklər unudulmur, sadəcə toplanır, kumulyasiya olunur. Və bir gün mütləq bu hakimiyyətin başında çatlayacaq.

“Azadlıq”la vidalaşıram. Ancaq Azadlıqla yox. “Azadlıq”ın qapadılması Azadlığı yaxınlaşdıracaq. Bu, o haldır ki, şərin müvəqqəti uğurları onun özünün aqoniyasını yaxınlaşdırır...
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: ikinci nefes
16.01.2009 20:40
Evde, kunc-bucaqda, coxdan kenara atilmish ve toz basmish audiomaqnitofonuma gun dogdu. 21 esr oldugunu ve yeni texnikalara guvenerek atmishdim onu kenara. indi ise onu uze cixardim, tozunu sildim ve ishe saldim. cunki... cunki onun SW dalgasi var!!!

Kimdən: teymur Haradan: baki
03.01.2009 21:40
beli azadligida bele bagladilar.gozumuz aydin ay millet

Kimdən: Nicat Haradan: Bakı
03.01.2009 21:16
Hürriyyeti qasb edilen bir millet, ne kadar zengin ve müraffeh olursa olsun, mütemedden insaniyet nazarı

Kimdən: DELI Haradan: DELIXANA
03.01.2009 18:47
Cenablar ceneye guc vermeg vaxti artiq kecib MEYDAN vaxdidir belkede bunada geci$misig ehh!!!

Kimdən: Rafael Haradan: Baku
03.01.2009 17:57
Tesirli ve tamamile dogru yazidir. Internet meselesine qaldiqda ise ele indi de demek olar ki internetden istifade etmirik. Internete Dial-Up baglanti demek olar ki hech bir normal olkede yoxdur. Yalniz anormal Azerbaycanda qalib bu. ADSL xidmetini 350 manata satan olkeden ne gozleyek biz ...

Kimdən: Men
02.01.2009 15:34
Memmed bey, ellerinize sagliq! Gozel yazidir!

Azadlig bizim dushunce terzimizdir, ona hech bir memur barmaq uzada bilmez!

Kimdən: Barat Haradan: Sank Peterburq
02.01.2009 12:15
Salam Memmed bey.Sizin esl ziyali yangisi ile yazdiginizi oxuduq.Cox tessuf ki,milletin iwiqi adlandirilan ziyali tebeqesinin ekseriyyeti agzina su alib.Vezifesinden,pulundan,"titulundan"bir sozle cesaretsizliyinden,haqsizliga hec bir reaksiya vermeyen ziyali toplumu,indiden tarixin zibilliyine atiliblar.

Kimdən: eldar Haradan: baki
02.01.2009 11:24
Məmməd bəy, doğrudur, iternet də bağlanacaq, bloqlar da. Ama doğru olmayan - cansiz xalqa canlı "Azadlıq"a görə başsağlığı verməkdir. Şokdasınız anlayıram. Ölənlə ölməyənin yerini səhv salmısınız. Hələ ölməz dahi Sabirin zamanından bu millət "ölüb əə". ALLAH bizə səbr versin! Uca ALLAH bu millətə rəhmət eləsin, yeri behiştlik olsun, aaamiiin! "ƏL FATİHƏ".
"Əlhəmdu Lillahi rabbil aləmin. Ərrahmənir Rahim. Məliki yəumiddin. İyyəkə nəubudu.....................

Kimdən: azerbear Haradan: not free
02.01.2009 01:19
Qərb ümumiyyətlə azərbaycana cox laqeyd yanaşır.Guya bura bir benzin stansiyasıdır.Lazim olanda gəlir,çənini doldurur, pulunu verir və gedir evinə.Onun nəyinə lazımdir ki, o benzostansiyada müdir işçilərinə necə zalımdır, evində tirandir, özüdə mafiozdur. Axı qərbin nəyinə lazımdır!!!

Kimdən: Elxan Haradan: Baki
02.01.2009 00:33
coxx tesuf rap yime verlisine cox qulaq asirdim:(
Səhifə (2)
    Növbəti