Dinlə

Canlı efir

İşdən sonra - 1-ci saat

Növbəti veriliş

Uşaqlar
Özlərini «ikinci yama uşaqları» adlandıran, vaqonların arasında oynayan bizim şəhərin balaca sakinləri
Göndərən: Murik

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Bloqlar / Abbas Atilay

Daş dövrünə səyahət

Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan

25.05.2009
Təbrizdən iki saat uzaqlıqda, Üskü şəhərinin yanındakı bir kənddə idi o insanlar. Qaya içində yonulmuş kiçik daxmaları onların sadə dünyası idi. Avtobusdan ayağımı torpağa basanda, məkanımın deyil, zamanımın dəyişdiyini hiss etdim - bərli-bəzəkli, ətir qoxuyan insanların dünyasından toz-torpaqlı, zəhmət və tər qoxuyan insanların zamanına - qaya içində yaşayan insanların dövrünə döndüm. Necə sadə və necə səmimi idi bu kiçik kənd və onun mənası olan insanlar.

O üstü-başı palçıqlı insanların arasında haralardasa qətllərin olduğu, hansısa həbsxananın qaranlıq kameralarında fikirlərin çürüdüldüyü, haralardasa Parisin olduğu, nə zamansa Da Vinçinin yaşadığı, haralardasa günəşin altında ac insanların ümidsizcə ölüm mələyini arzulaması insanın ağlına gəlmirdi...Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan.

Fatimə adlı bir qız uşağını lentə aldım doymadan. Atası ölmüşdü. Yoxsulluğu kədərli deyil bu kəndin. Yoxsulluğun dadını bilmək üçün varlılığın nə olduğunu bilməlisən. Bu yoxsul uşaqlar isə burnunun seliyini yeyərək böyüyəcək. Bu uşaqlar qayalığın arasında böyüyüb, bəlkə elə oradaca da öləcəklər, dünyadan xəbərsiz... Bulaşmayacaqlar dünya boyda çirkaba.

Kiçik odun parçasından yonulmuş bir suvenir almışdım. Bir odun parçası tən ortadan kəsilmiş və hissələr cəftələrlə bir-birinə bərkidilmişdi - pəncərəyə bənzəyirdi. Odun pəncərə səfərdən qayıdanda bel çantamın içindən qırılmış çıxdı. Əslində, bu sadə əl işinin üst-başı palçıqlı insanlardan heç xəbəri olmayan məkanda yeri yox idi...İndi o məkandan xəbər verəcək sadəcə şəkillər var...

Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Paydeya
27.05.2009 16:42
Orda olmaq isterdim. Bele celbedici gorunse de eslinde bele yere alishmayan insan uchun yashamaq chetin olar.

Kimdən: Yalcin
26.05.2009 17:45
Abbas, sag ol yazina gore. Duzu xasiyyetini nezere alaraq Irandan qayitmayacagini dusunurdum. Shukurler olsun ki, dondun. Sukani bele saxla!!

Kimdən: zeynal Şəhər: bakı
26.05.2009 17:45
Teşekkürler, Abbas Atilay! Oralardan soraq varsa, demək, "oralar" da "buralar"a çevrilər... Əsl dərd "buraların" çağdaş (yəni onurlu-ərdəmli-ləyaqətli) yaşamdan uzaq qalmasıdır. Kəndivan öz zamanında və öz məkanında varlığını sürdürür. Bizlərin nə zamanı, nə məkanı məlum...
Yenə təşəkkürlər! Yola devam!

Kimdən: Reporter106 Şəhər: -
26.05.2009 15:13
Sagh ol, Abbas, tez -tez yaz...


Kimdən: Nemesida Şəhər: Baki
26.05.2009 12:55
Her shey nisbidir. Muellif deyir varliligin ne oldugunu gormeden kasibligin pis shey oldugunu anlamirsan. Belece azadligi dadmadan totalitar rejimin pis oldugunu da bilmezsen. Badeleri qaldiraq tiranlarin umid yeri - melumatsiz cemiyyetin sagligina!
p.s. Azadliq radiosu, sizce, fm-de niye yoxdur?

Kimdən: Cemil Şəhər: Baki
26.05.2009 02:42
Cox üreyim agradi bu menzereni gördükde.Burda yaşayan insanlarin, sagliglari haqqinda düşğnan varmi?Bu evda qalan insanlar (eger ev demak olarsa)ne yeyirler ne içirler işiqlari varmi yoxmu soran yoxmu?Ne rezaretdi insan hayati belami geraksiz ve menasizdi??

Kimdən: ahmet turgut korkmaz Şəhər: turkıye_-kusadası
26.05.2009 01:30
buralarda ınsanlar hala yasıyorlarsa bence bu onların diyil insanlıgın utancı olmalı...o yasta millet aya cıkıyor ya onlar ayın ne oldugunu dahı bılmeden bu dunyadan gocup gidecekler malesefff.

Kimdən: Mesum Şəhər: Alem
25.05.2009 22:22
cox maraqlidir lap kapadokiyani xatirladir
     
Şriftin ölçüsünü dəyiş - +