Günün SMS-i
«Xəbər-ətər»

«İqtidar Yeni ili dəlixana olayları ilə başladı. Yeni ili nəylə başlarsan, onunla da qurtararsan deyiblər. Bir də ki, camaata da yaxşı olar, istədiyini rahat danışar, həm də yemək müftə...» (Murad)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Verİlİşlər / Can Bakı

«Etiraf etməliyik ki, bu gün Azərbaycanda AIDS problemi var»

AIDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Ramil Mirzəyev və Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva

01.12.2008

«Biz etiraf etməliyik ki, bu gün Azərbaycanda AIDS problemi var və onun yayılmasına qarşı mübarizə aparmalıyıq».

AIDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Ramil Mirzəyev Azadlıq radiosunun «Can Bakı» proqramında belə deyib. Onun sözlərinə görə, bəziləri AIDS-ə qarşı yox, bu xəstəliyə yoluxanlarla mübarizə aparmağın vacib olduğunu düşünürlər: «Bir çox halda xəstələrin günahı yoxdur. İnsan nə qədər məlumatlı olsa da, AIDS-ə yoluxmaqdan sığortalanmayıb. Ona görə də gərək öz-özünün həkimi olasan. Stomatoloqa, qadın salonu və bərbərxanaya gedirsən, mütləq alətlərin sterilizə olunmasını tələb etməlisiniz».
 
Verilişdə qonaq olan Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə bir müddət əvvəl 200 nəfəri AIDS-ə yoluxdurmaqda ittiham edilən Elnarə Əhmədovanın talelindən danışdı. Onun sözlərinə görə, E.Əhmədovanın kimisə xəstəliyə yoluxdurması təsdiqlənməyib: «İndi bu şəxs QHT-lərin nəzarəti altındadır. Biz onun cəmiyyətə inteqrasiyası yolunda əlimizdən gələni edirik. Amma o, faktiki olaraq ortada qalıb. Heç kim onu işə qəbul etmək istəmir. İndi onun üçün AIDS-lə Mübarizə İctimai Birliyinin ofisində yer ayrılıb. Amma nə vaxtadək belə olacaq? Gəlin onu işlə təmin edək, cəmiyyətə inteqrasiyasına yardımçı olaq, damğalanmasına yol verməyək».

Zülfiyyə Mustafayeva onu da dedi ki, ictimai müşahidələrə əsasən, Lənkəran, Hacıqabul, Əli-Bayramlı, Bakı və Sumqayıtda AIDS-ə yoluxan insanların sayı respublikanın digər rayonları ilə müqayisədə üstünlük təşkil edir.
 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-3 (3)
Kimdən: Sənubər Haradan: Bakı
01.12.2008 23:32

Sən demə Elnarənin 200 adamı yoluxdurması təstiq olunmayıbmış. amma bundan xəbərimiz yox idi. onu tutanda ona qarşı dəhşətli bir vəhşilik etdilər. onu, ailəsini, yaxınlarını düşünmədən bütün media bu insanı göstərib onun haqqında təsdiq olunmamış informasiyanı bar-bar-bağırdı. ama bu informasiyanın təsdiq olunmadıqda heç səslərini də çıxarmadılar. onun yerinə olsam beynəlxalq məhkəməyə müraciət edib mənəvi zərbəyə və haqqında qeyri-dəqiq informasiya yaydığına görə bütün televiziyaları və qəzetlərdən şikayətçi olar, təzminat istərdim. axi bu xəbərdən sonra onun yaxınları, xüsusən uşaq sığınacağında olan kiçik bacısı necə çətinliklər keçirdilər. axı bu insanın həyatını məhv ediblər.


Kimdən: Muaz Haradan: Baki
01.12.2008 20:48

Xahish edirem mene deyin gorek,umimiyyetle Azerbaycanda hansi xestelik yoxdur. Allah hamimiza hidayet versin!


Kimdən: Mübariz Haradan: Bonn
01.12.2008 18:33

Göräsän ADIS xästäliyi Azärbaycanda hansi säbäblärdän choxalir. Mänim bildiyim ya qan köchürtmäklä .Ya xästä xana alätini bir AIDS xästäsindä istifadä edib bir bashqasina istifadä etmäklä. Ya da zina yoluynan. Bunun göräsän hansi daha chox Azärbaycan'da AIDS zä säbäb olur. Mänä görä bu üch säbäbin üchüdä azärbaycanda mövcuddur. Yalniz hansinan chox AIDS bulashir onu tapmaq lazimdir.

İsmarışlar 1-3 (3)