Aktual
qazın qiyməti
Azərbaycan-Rusiya
QHT-lər haqqında qanun
Baş səhifə
PEYK
Tezliklər
Səs arxivi
Video / Foto
Verilişlər
Əlaqə
Haqqımızda
Bazar, İyul 05, 2009 Bakı vaxtı 10:11
Qısa xəbərlər
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Dünya
Kontekst
Təbriz Ekspress
Bloqlar
Can Bakı
İşdən sonra
Dinlə
Canlı efir
Real Audio
Windows Media
Növbəti veriliş
İz-Tanınmışlar
20:00 - 21:00
Axşam proqramı - İşdən sonra
17:00 - 18:00 Bazar ertəsi
Axşam proqramı - İşdən sonra
18:00 - 19:00 Bazar ertəsi
Son xəbərlər
Səs arxivi
Yardım
səsli sənəd
Maykl Ceksonun evindən təcili yardıma zəng
Maykl Cekson vəfat edən gün onun evindən kömək üçün təcili yardıma zəngin audioyazısı.
Top 10
19-26 iyun
«Hərdən mənə elə gəlir ki, Allah ümumiyyətlə, Azərbaycanı öz monitorundan silib» -
oxucularımızın yazdıqları
Mobil reportyor
«Dumanlı» Bakı...
Sorğu
... ... ...
Tatar-başqırd xidməti
Radio Farda
Amerikanın səsi
Радио Свобода
Радио Азаттык
казахская служба
Dünya
Mumbayda vaxtilə müsəlman, ötən həftə isə turist olmaq təhlükəli idi
Ekspertlərin fikrincə, Mumbay terrorçulara çox asan hədəfdir
01.12.2008
Elxan Nəsibli
Ekspertlərin fikrincə, Mumbay terrorçulara çox asan hədəfdir. Təhlilçilər deyirlər ki, Hindistanın, ya Pakistanın istənilən şəhərində partlayış olanda hamı o yerdən kənara qaçır, Mumbayda isə əksinə, hamı partlayış olan yerə qaçır ki, yaralılara kömək etsinlər. Bunu «New-York Times» yazır.
Belə bir şəhərdə - Hindistanın maliyyə mərkəzində hotellərə hücumla 200 adamı kim öldürdü? «Newsweek» yazır ki, Corc Buşun belə bir sevimli ifadəsi var «Hindistanda 140 milyon müsəlman yaşayır. Onlardan heç biri «Əl-Qaida»nın üzvü deyil. Niyə? Çünki Hindistan demokratik ölkədir».
Onda bu hücumu kim törədib?
«International Herald Tribun» yazır ki, 1993-cü ildə həmin Mumbayda induslar müsəlmanları məhz dini mənsubiyyətlərinə görə küçədə yandırırdılar. Müsəlman olmaq cinayət idimi? İndi gənc müsəlmanlar hotellərə girib şəhərin qonaqlarını güllələyirlər. Mumbaya gəlmək günahdırmı?
«Tac Mahal» hotelində 5 saat atışmadan sonra terrorçular gizli qapıdan qaçıblar
«New-York Times» yazır ki, Amerika və Hindistan kəşfiyyatının məlumatlarına görə Mumbay hotellərinə hücumu «Ləşkəri Taiba» qrupu törədib. Bu qrup Hindistanla Pakistan arasında mübahisə obyekti olan Kəşmirdə yerləşir. 2002-ci ildə rəsmən qadağan olunana qədər, təhlilçilərin dediyinə görə, Pakistanın təhlükəsizlik qüvvələri bu qrupun üzvlərinə təlimlər keçiblər.
Ancaq «Röyters» xəbər verir ki, «Ləşkəri Taiba» qrupu bu hücumda əli olmasını qətiyyətlə inkar edir. Hücumu üzərinə götürən «Dekkan Mücahiddin» qrupunu isə tanıyan yoxdur.
«New-York Times» yazır ki, ən qaranlıq qalan məsələ isə odur ki, əgər Hindistanın rəsmilərinin dediyi düzdürsə, yəni hücum edənlər cəmi 10 nəfər olubsa, onlar bu qədər dağıntını necə törədə bilər və düz 3 gün və 3 müxtəlif binada təhlükəsizlik qüvvələri ilə necə vuruşa bilərlər?
Hücum edənlərin sayının doğrudan da 10 olması yalnız onu göstərə bilər ki, yerli polis və təhlükəsizlik qüvvələri çox hazırlıqsız olublar.
Məsələn, «India Times» qəzeti yazır ki, «Tac Mahal» hotelində 5 saat atışmadan sonra terrorçular gizli qapıdan qaçıblar. Belə bir gizli qapının olmasını Hindistanın təhlükəsizlik qüvvələri bilmirdilər…
Bu forum dayandırılıb
İsmarışlar 1-4 (4)
Kimdən:
Mübariz
Haradan:
Bonn
02.12.2008 18:54
Realist bäy mänä görä sänin iräli sürdüyün fikirlärin 80 faiz äsasizdir. Almanyada män özüm seyr ettim vä canli baglantiynan Äfqanistan'daki alman generalinin dediklärini sänä bir bir söylüyüräm. Diktor Taliban gücdärini sordu vä alman generali eynän belä cavab verdi. Taliban sizin düshündüyünüz kimi bosh bir savashchi qurubu deyil. Bu insanlar profisanal savashchidir hamisi. Diktor sordu nä etmämiz lazimdir?. General cavab verdi ki bizim burda eyliyä biläcäyimiz hech bir shey yoxdur än tez zamanda äsgärlärmizi Äfqanistan'dan alib där hal burdan chixmaliyiq. Bu sözdärdä almanyanin kechmish Müdafiyä nazirinä aittir. jurnalist sordu ikinci dünya muharbäsi cämi 5 il sürdü siz Äfqanistan'da 10 mindänä Taliban gücünä qarshi yeddi ildir basharili ola bilmirsiniz. Kechmish nazir cavab verdi biz ora iki yüz mindänädä äsgär aparsaq yenä Talibani mäglub edä bilmärik! Äfqanistanda olan dövlätlärindä generallari vä nazirläri bashqa chür danishmirlar. Män ashagdaki yazimnan basha salmaq istädim ki dünyaya meydan oxuyan Taliban savashchilarina qarshi Azärbaycanin evladlarini aparib öldürtmüyün vä vätänmizidä tählikäyä atmiyin . Sän mänim yazimi därindän basha düshmüsän.
Kimdən:
Realist
Haradan:
World
02.12.2008 11:01
Mübarizə Bonn
Qərb qoşunlarının Talibana gücü çatmaması fikrinin kütləyə aşılanması bəlli bir strategiyanın taktik gedişidir. Taliban, Əl Kaida, Hizbullah kimi örgülərin gündəmdə işlək formada qalması onları yaradan güclərin marağındadır. Mövcud olan gizlı və mistik straetgiyaları bir yana qoyaq. Sual verilə bilər: hansı inkişaf etmiş kapitalist ölkə, passionar əhalisi bol olan İran, Əfqanıstan, Pakistan(qismən)kimi ölkələrin demokratik yol seçib əhalisinin insan kimi yaşaması nəticəsində güclü iqtisadiyyata malik olmasını istər? Qərbin aqressiv(bütün Qərb yox, dövlət orqanları olmaya da bilər) gücləri bu bölgə insanlarının fikirlərinin, danışanda ətrafında milçəklər vızıldayan "mollalar", "güclü" fitvalar verən "müctəhidlər", mədəniyyəti təhlükə mənbəyi olduğunu təbliğ edən "təmiz möminlər"in vaaz və xütbələrinə yönəlməsində, nəticədə güclü konfrantasiya yaranmasında(təbii ki bu ölkə əhlisinin hamısı "mollaların" sərsəmləmələrini qəbul etməyəcək) maraqlıdırlar. Məntiqə görə bu ölkələrin inkişaf edib güclü iqtisadiyyata malik olmalarındansa uzaq başı İran kimi qorxu müqəvvası tipli dövlətlərin yaranması daha uyğundur. 80 ci ilərdə Amerikanın "fiti" ilə Əfqanıstana SSRİ-nin girməsi, İranda molla rejiminin yaranması(70-ci illərdən artıq bu ölkələrdəki milli yönətimlərdə demokratik islajhatlar fikri baş qaldırmışdı) geyd etdiyim siyasətin bir qoludur. Olduqca gülməli bir fikir: Qərb Talibanla bacarmır. Sadəcə indi orda qalmaq sərf eləmir(Ola bilsin dünyadakı iqtisadi krizis əfqan heroinin bir belə silahlı güc hesabına geniş bazarda satılmasını rentabelli etmir). İstənilən anda geri qayıtmaq olar. Bu bölgəyə yaxın olan bir adam kimi deyə bilərəm ki, Hindistan həqiqətən də regionun ən demokratik ölkəsidir, sadəcə əhalinin hiperçoxluğu və yüksək səviyyədə olan savadsızlıq ölkədə başqa güclərin at oynatmasına imkan verir. Pakistanlılar öz ölkələrindən çox Hindistanda yaşamağı tərcih edirlər. Bildiyim qədəri Pakistanın xüsusi xidmət orqanı olan ISI(Inter-Services Intelligence---yaranmasında CIA(ABŞ) rolu az deyil)Taliban hərəkatının yaradıcılarından və Hindistandakı problemlərin senaristlərindəndir. Bu təşkilat heç Pakistan dövlətinə də faktiki bağlı deyil, dövlət içində dövlət olaraq öz vətəndaşlarının həyatı üçün belə təhlükə mənbəyinə çevrilib(Benazer Bhuttanın ölümünə vəsilə kimi adı hallanır). Acı aqibət-məndə olan bilgiyə görə vaxtı ilə Əfqanıstanda Taliban hərəkatını Pakistan dövləti tərəfindən gizli dəstəkləyən xanım Bhutta ISI tərəfindən qətlə yetirilir.
Kimdən:
Azeri
Haradan:
Baki
02.12.2008 01:07
Hindistan resmileri yalan danisir. Bu plan eynile Bus hokumeti terefinden Nyu Yorkda planlanan dirnaqarasi-"11 sentyabr terroru" na benzeyir. Muselmanlar gunahkar cixir. melek qisminde gorunmek isteyen amerika ise burda muselmanlarin eli yoxdur deyir eslinde ise bunu ele amerika ve hindistan ozu teskil edib. Qamis evlerde yasayan ele yasadiqlari ev seviyyesinde olan hindistanlilari aldatmaga ne var ? dunyada pul kimin elindedirse terrorcu deyilen aktyorlari da maliyyelesdiren de odur. En boyuk terrorcu ele amerikanin ozudur. Qondarma ermeni soyqirimini qebul etmek kimi diger iyrenc ssenariler de eyni siyasi institutlar terefinden hazirlanir amma tehsili ve seviyyesi olan xalqlar bu nagillari yemir hindistan xalqina ise yalani yedizdirmek olur-hadiseler bunu gosterir.
Kimdən:
Mübariz
Haradan:
Bonn
01.12.2008 19:58
1980 ildä SSRi Äfqanistani ishqal edändä azärbaycanin bashinda män bildiyim qädär märhum Heydär Aliyev var idi. Minlärcä azärbaycan evladlari bu savashda öldülär. Bunu basha düshdük o zaman SSRI var idi. Bu gün här käs qalib bir känarda azärbaycanin prezdenti Äfqanistan'a qoshun göndärmäk üchün ön saflarda yer alir. Sizcä dünyada olanlar här an azärbaycanda bash verä bilmäzmi?
Bunu Talibana,,täläbä,, ait sözcülär bir nech däfä achiq achiq söylüyüblär. Äfqanistanda olan dövlätlärä qarshi var gücdäriynän qarshi qoyacaqlarini bäyan ediblär.Indi vätänmizi vä vätänmizin evladlarini tählikäyä atmagin nä anlami var. Azärbaycanda Taliban gücdärini xalqa necä anlatirlarsa yanlish anlatirlar. Bunu bü gün här dövlät etiraf edir ki Taliban gücü asand asand mäglub ediläcäk bir güc deyil. Hätta bunu Almanyanin kechmish Müdafiyyä naziri söylädi. Biz Äfqanistana 200 mindänäqä äsgär aparsaq talibani mäglub edä bilmärik. Ingilis generallarida talibana qarshi savasha bilmädiklärini etiraf edir. Danimarkali äsgärlär bir dänädä güllä atmadan bölgäläri Taliban gücünä täslim edib getri chäkilir. Bunu ingiltärä qäzeti yazib taliban gücdäri Kabul'un 20 km yaninda mevzilläniblär. Öz torpaqlarini azad etmäkdän aciz olan bir dövlätin äsgärlärini Äfqanistana nä deylä yolluyur bu iqtidar. Qarabagda shähid olan azmidir. Indidä bu iqtidar xalqin evladlarini aparib Äfqanistan'da ölümä tärk edir.
Paylaş:
Sharing nədir?
Şriftin ölçüsünü dəyiş
Çap et
Dosta göndər
Şərh (4)
Əlaqədar yazılar
Mumbayda terror əməliyyatı necə keçirilib?
Yazar arxivi
İranda siçan-pişik oyunu
Etirazçıya «müharib» deyən hökumət özünü Allahmı sayır?
Top 10: 19-26 iyun
İranda yoxa çıxanlar minlərlədir
«Nabucco»ya bu dəfə Amerika qoşulur
Digər
Ən çox oxunan
Prezidentə yeni iqamətgah tikilir
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni"
«Mən qadın deyiləm... transsam»
Prezident iqamətgahının tikintisi qalmaqal yaratdı (VİDEO)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı
Parisdə yaşayan 92 yaşlı azərbaycanlı kimdir?
«Məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim...»
Iranda müxalifətçiləri güllələyən Bəsicilər kimlərdir?
Bahalı Bakı
«Gün gələcək Elçibəyi yox sayanlar pis vəziyyətdə qalacaq»
Ən çox müzakirə olunan
«Mən qadın deyiləm... transsam» (537)
İsa Qəmbər: «Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır» (72)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı (48)
Aqil Xəlil Parisdə həmyerlilərindən uzaq gəzir (46)
Prezidentə yeni iqamətgah tikilir (46)
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni" (40)
«Əliyev hakimiyyətindən narazılığın artacağı gözlənilir» (37)
Büstü belə qoruyarlar... (35)
Mütəllibov İlham Əliyevə məktubunun məzmununu açıqlayır (31)
24 iyun - Elçibəyin doğum günüdür (30)
xİdmətlər
Podkast
RSS
Abunə ol
Mobil