Aktual
qazın qiyməti
Azərbaycan-Rusiya
QHT-lər haqqında qanun
Baş səhifə
PEYK
Tezliklər
Səs arxivi
Video / Foto
Verilişlər
Əlaqə
Haqqımızda
Bazar, İyul 05, 2009 Bakı vaxtı 10:10
Qısa xəbərlər
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Dünya
Kontekst
Təbriz Ekspress
Bloqlar
Can Bakı
İşdən sonra
Dinlə
Canlı efir
Real Audio
Windows Media
Növbəti veriliş
İz-Tanınmışlar
20:00 - 21:00
Axşam proqramı - İşdən sonra
17:00 - 18:00 Bazar ertəsi
Axşam proqramı - İşdən sonra
18:00 - 19:00 Bazar ertəsi
Son xəbərlər
Səs arxivi
Yardım
səsli sənəd
Maykl Ceksonun evindən təcili yardıma zəng
Maykl Cekson vəfat edən gün onun evindən kömək üçün təcili yardıma zəngin audioyazısı.
Top 10
19-26 iyun
«Hərdən mənə elə gəlir ki, Allah ümumiyyətlə, Azərbaycanı öz monitorundan silib» -
oxucularımızın yazdıqları
Mobil reportyor
«Dumanlı» Bakı...
Sorğu
... ... ...
Tatar-başqırd xidməti
Radio Farda
Amerikanın səsi
Радио Свобода
Радио Азаттык
казахская служба
Verilişlər
/
Xüsusi reportaj
Azərbaycanda hansı dərmanlar istehsal olunur?
«Vətəndaşlar ancaq Avropa malları olan dərmanları axtarır»
20.11.2008
Aygün Muradxanlı
Azərbaycanda son illər istehsal olunan ən məşhur dərmanlardan birinin adı İnsanovin idi. Ancaq ağ ciyər xəstələri üçün nəzərdə tutulan dərman 2005-ci ilin oktyabrından sonra istehsaldan və satışdan götürüldü.
Bakıdakı apteklərdə satıcılarla söhbətimizdə onlar indi də saxta dərmanlarla ciddi mübarizə getdiyini bildirdilər. Əczaçılıqla məşğul olanlar deyirlər ki, buna qədər dəfələrlə vətəndaşlar aldıqları dərmanların saxta, təsirsiz olmaları ilə bağlı apteklərə müraciət edirmişlər. Ancaq indi bu faktlar gözgörəsi azalıb. Bununla yanaşı ölkədə istehsal olunan dərmanların çeşidi də artıb:
- Demək olar, bütün növ antibiotiklərdən var.
- Heç olurmu vətəndaşlar ikinci dəfə gəlib desinlər ki, sizdən aldığımız Azərbaycan istehsalı olan dərmanların Avropa variantını verin?
- Olur, ümumiyyətlə, dərman alanda insanlar Avropa malları tələb edir.
Bu mənzərə ilə Bakının daha bir neçə aptekində də rastlaşdıq:
- Satışda Azərbaycan istehsalı olan dərmanlar varmı?
- Çox az.
- Depolarda yoxdur, yoxsa siz özünüz onları satışa çıxarmağa meylli deyilsiniz?
- Tələbat yoxdur. Vətəndaşlar ancaq Avropa malları olan dərmanları axtarır. Artıq Rusiyanın, Hindistanın dərmanlarına da etibar azalıb.
- Furasilin var, spirt var, yod var, Teymurov mazı, Leyner mazı.
- Bəs, Azərbaycan istehsalı olan antibiotiklər varmı?
- Bizdə çox dərmanların istehsalı yoxdur. Ancaq istehsal olunanların keyfiyyəti ilə bağlı problem yoxdur.
- Məsələn, qripə yoluxan xəstəyə Azərbaycan istehsalı olan hansı dərmanı təklif edə bilərsiniz?
- Ancaq otlar. Bizdə güclü antibiotiklər istehsal olunmur.
Bakı sakinləri ilə söhbətimizdən də bəlli oldu ki, vətəndaşlar ciddi xəstəliklərin Azərbaycanda istehsal olunan dərmanlarla müalicəsinə inanmırlar. Çoxları isə ölkədə ümumiyyətlə, dərman sənayesinin olduğundan xəbərsizdir:
- Siz Azərbaycanda istehsal olunan dərmanlardan hansılarını tanıyırsınız?
- İstehsal olunur ki, tanıyaq?
- Mən ümumiyyətlə, heç bir dərmana etibar etmirəm.
- Ancaq Avropa dərmanları.
- Heç vaxt görmədim.
- Yadıma sala bilmirəm.
Tibb Universitetinin əczaçılığın kimyası kafedrasının müdiri, professor Hafiz Əliyev isə deyir ki, son illər Azərbaycanın dərman sənayesinin inkişafı ilə bağlı addımlar atılsa da, bu sahədə hələ görüləcək işlər çoxdur:
- Azərbaycanda istehsal olunan dərmanlar əsasən sadə tərkiblidir. Onlarla güclü xəstəliklərin müalicəsi mümkün deyil. Ancaq yaxşı ki, Azərbaycanda dərman sənayesinin dirçəldilməsinə başlanıb. Hələlik dünyaya çıxarılacaq dərmanlarımız olmasa da, yəqin ki, yaxın illərdə irəliləyişlər olacaq.
H.Əliyev deyir ki, Azərbaycanın zəngin təbiəti ölkədə dərman sənayesinin inkişafı üçün böyük qaynaqdır. Sadəcə, ölkəyə dərman istehsalı üzrə çağdaş texnologiyalar gətirməklə bu təbii qaynaqları insanların sağlamlığına xeyir verəcək hala gətirmək lazımdır.
Şərhin var?
Ad
*
Məkan
E-mail
Şərh
*
Yazmazdan əvvəl
FORUMUN QAYDALARINI
oxu
Şəkildəki kodu yaz
Göndər
İsmarışlar 1-2 (2)
Kimdən:
Mübariz
Haradan:
Bonn
21.11.2008 18:25
Azärbaycanda olan düshük tähsil säviyyäsiylä dogru dürüst därman istesali edäcäymiz özmüzü aldatmaqdan bashqa bir shey deyil. Än yaxshisi Almanya'nin Bayer'in därman fabrikasiynan anlashib vätänmizdä filalini achmaq daha dogru bir qarar olardi. Gäläcäkdä Azärbaycan'da tähsili yüksäldib özümüz därman istelatina bashdiya bilärik inshAllah. Mänä biri söylädi ki paytaxtin yarisi xäsdädir. Bu insanlarin tez bir zamanda shifasi yüksäk olan därmanlara ehtiyaci var. Azärbaycan dövläti razilashsin Almanyanin Bayer'in därman fabrikasiynan danishacaq anlashacaq shäxsdä var.
Kimdən:
Fatmanise
Haradan:
Gedebey
20.11.2008 20:50
Bala kim xestelenirse gelsin yanima, sarimsaq ve eshshek sudu dermanindan bir turkecare edim ki, gel goresiz...
Paylaş:
Sharing nədir?
Şriftin ölçüsünü dəyiş
Çap et
Dosta göndər
Şərh (2)
Multimedia
Səs
Azərbaycanda hansı dərmanlar istehsal olunur?
Dinlə
Yazar arxivi
Eskalatorsuz keçidlər
«2»ləri düzəltmək istəyirsənsə, rüşvət ver»
«Azəriqaz»ın ARDNŞ-a verilməsi ilə qaz ucuzlaşa bilər
Bakı aeroportu gecə saatlarında işləməyəcək
Müharibə əlillərinin şikayətinə baxan olmadı
Digər
Ən çox oxunan
Prezidentə yeni iqamətgah tikilir
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni"
«Mən qadın deyiləm... transsam»
Prezident iqamətgahının tikintisi qalmaqal yaratdı (VİDEO)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı
Parisdə yaşayan 92 yaşlı azərbaycanlı kimdir?
«Məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim...»
Iranda müxalifətçiləri güllələyən Bəsicilər kimlərdir?
Bahalı Bakı
«Gün gələcək Elçibəyi yox sayanlar pis vəziyyətdə qalacaq»
Ən çox müzakirə olunan
«Mən qadın deyiləm... transsam» (537)
İsa Qəmbər: «Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır» (72)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı (48)
Aqil Xəlil Parisdə həmyerlilərindən uzaq gəzir (46)
Prezidentə yeni iqamətgah tikilir (46)
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni" (40)
«Əliyev hakimiyyətindən narazılığın artacağı gözlənilir» (37)
Büstü belə qoruyarlar... (35)
Mütəllibov İlham Əliyevə məktubunun məzmununu açıqlayır (31)
24 iyun - Elçibəyin doğum günüdür (30)
xİdmətlər
Podkast
RSS
Abunə ol
Mobil