Aktual
qazın qiyməti
Azərbaycan-Rusiya
QHT-lər haqqında qanun
Baş səhifə
PEYK
Tezliklər
Səs arxivi
Video / Foto
Verilişlər
Əlaqə
Haqqımızda
Bazar, İyul 05, 2009 Bakı vaxtı 10:10
Qısa xəbərlər
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Dünya
Kontekst
Təbriz Ekspress
Bloqlar
Can Bakı
İşdən sonra
Dinlə
Canlı efir
Real Audio
Windows Media
Növbəti veriliş
İz-Tanınmışlar
20:00 - 21:00
Axşam proqramı - İşdən sonra
17:00 - 18:00 Bazar ertəsi
Axşam proqramı - İşdən sonra
18:00 - 19:00 Bazar ertəsi
Son xəbərlər
Səs arxivi
Yardım
səsli sənəd
Maykl Ceksonun evindən təcili yardıma zəng
Maykl Cekson vəfat edən gün onun evindən kömək üçün təcili yardıma zəngin audioyazısı.
Top 10
19-26 iyun
«Hərdən mənə elə gəlir ki, Allah ümumiyyətlə, Azərbaycanı öz monitorundan silib» -
oxucularımızın yazdıqları
Mobil reportyor
«Dumanlı» Bakı...
Sorğu
... ... ...
Tatar-başqırd xidməti
Radio Farda
Amerikanın səsi
Радио Свобода
Радио Азаттык
казахская служба
Kontekst
Jurnalist: «Mənə dedi ki, sənin başını üzəcəyəm»
İdrak Abbasov
20.11.2008
Babək Bəkir
«Gördüm ki, həyətin qapısında bir nəfər dayanıb. Evdən çıxdığımı görüb, məni nalayiq söyüşlərlə təhqir etdi. Dedi ki, səni çoxdan gözləyirdim, gəl, sənin başını üzəcəyəm…»
«Zerkalo» qəzetinin müxbiri, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, noyabrın 18-i, gecə saatlarında tanımadığı bir neçə şəxs Xocahəsən qəsəbəsi, Yuxarı Sulutəpə yaşayış massivindəki evinə basqın edib onu ölümlə hədələyiblər. Jurnalist deyir ki, evinin qapısını bağladığından basqınçılar niyyətlərinə çata bilməyiblər:
«Qapını bağladıqdan sonra işıqları da söndürtdüm ki, birdən silahlı olub, içəri atəş açarlar. Uşaqlar da ağlaşırdı. Onlardan biri başladı qapını təpikləyib ailəmi, uşaqlarımı söyüb-təhqir etməyə».
İdrak Abbasovun iki azyaşlı uşağı var. Qızı 4, oğlu isə cəmi 2 yaşındadır. Jurnalistin sözlərinə görə, basqınçılardan biri onun çölə çıxmadığını görüb daha sonra pəncərədən içəri girmək istəyib. Dəmir çərçivəni keçə bilmədiyindən qayıdıb, həyətdə zəncirə bağlanmış bir neçə aylıq küçüyü boğub öldürüb. Jurnalist deyir ki, bundan sonra polisə və yaxınlıqda yaşayan qardaşlarına zəng vurub. Qardaşlarının gəlməsindən sonra qaçmaq istəyən basqınçılardan birini tutmaq mümkün olub. İ.Abbasovun sözlərinə görə, yüngül sərxoş olan və özünü Əli kimi təqdim edən 40-45 yaşlı adam Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində yenidən hədələrini işə salıb:
«Bu adam başladı dil-dil ötməyə. Mənə dedi ki, biz səni bir dəfə reklam etmişik, indi sən bir də reklam istəyirsən. Mən elə bilirdim ki, o, məni tanımır, küçədən keçən adamdır. Ancaq bu sözlər məni qorxutdu».
2005-ci ilin oktyabrında müxalifətin icazəsiz aksiyasını izləyərkən İdrak Abbasovu mülkü paltarlı şəxslər döyüblər. Həmin hadisədən sonra bir ay xəstəxanada yatan jurnalist iddia edir ki, onun döyülməsi Yeni Azərbaycan Partiyasının qərargahının düz qarşısında baş verib. Ancaq onu döyənlərdən kimsə məsuliyyətə alınmayıb. İ.Abbasov deyir ki, o vaxt Redaktorlar Birliyi ilə hökumət rəsmiləri arasında danışıqlardan sonra Azərbaycan sayağı barışıq əldə edildi:
«Dünən axşam qızım başlayıb ağlamağa ki, mən atamı istəyirəm. İşdən icazə alıb getdim. Mən çatana qədər ağlamağın kəsmirdi. Bərk qorxub. Elmarı öldürdülər, müqəssirlər hələ də tapılmayıb. Burada fakt ortadadır. Qoy araşdırsınlar. Heç olmasa, desinlər ki, araşdırdıq avaranın biri idi».
Faktla bağlı araşdırma Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılır. Ancaq hələ ki, cinayət işi açılmayıb. Bölmənin baş təhqiqatçısı Aftandil Bayramov «Azadlıq» radiosuna cinayət işinin açılmamasını belə izah edir:
- Cinayət işi nədən qaldırılsın? Bu, basqın deyil. Əlində silah olmayıb. İçkili vəziyyətdə gəlib söyüb-təhqir edib.
- İdrakın jurnalist fəaliyyəti ilə bağlı deyil ki?
- Yox, mən polis mayoruyam, heç İdrak adda jurnalist tanımıram. O naxçıvanlı fəhlə hardan bilsin İdrak kimdir. Bu məsələni şişirtməyə ehtiyac yoxdur.
Polisdən tutulan şəxsin adının Əli olduğunu, fəhlə işlədiyini bildirsələr də, onun soyadı və başqa məsələlərlə bağlı əlavə məlumat vermək istəmədilər.
Ancaq baş təhqiqatçının sözlərinə görə, Əli hadisədən bir neçə saat sonra sərbəst buraxılıb. Aftandil Bayramov deyir ki, araşdırma başa çatmadığından tutulan şəxsi üç saatdan artıq saxlaya bilməzdilər.
Şərhin var?
Ad
*
Məkan
E-mail
Şərh
*
Yazmazdan əvvəl
FORUMUN QAYDALARINI
oxu
Şəkildəki kodu yaz
Göndər
İsmarışlar 1-5 (5)
Kimdən:
Pronobis
Haradan:
Napoli
21.11.2008 12:22
Eger sizin arvad-ushaginizi soyurlerse, oldurmekle hedeleyirlerse bu, hele hec ne demek deyil. Olmemisinizse demeli her shey qaydasindair. Aftandil mellim, alver gedir?
Kimdən:
Adil
Haradan:
Baki
21.11.2008 09:59
Bes Qenimet Zahide ve Rizvan Talibova nece cinayet ishi acha bildiler? Eger qulduru buraxiblarsa, demeli bunu ozleri teshkil edibler.Jurnalistlere teklif ederdim ki,bu cur cinayetlerin muqayiseli xronikasini chixarsinlar ve Konstitusiyaya el basaraq and ichenden izahat teleb etsinler.
Kimdən:
Seymur
Haradan:
Almaniya
21.11.2008 03:27
Vallah o polis mayoru bu mäsäläni shishirtmäkdänsä,öz qarnini shishirtmäyi vacib bilir.Bir dä ki ona bir sual cerin ki,axi o,nä zaman normal bir qäzet oxuyub.
Kimdən:
XAN
Haradan:
MARS
20.11.2008 18:58
Berekallah! Gerek Idraki oldureydiler, sonra da deyerdiler ozu ozunu oldurub. Adam cinayetkari tutub tehvil verir - amma milli polis onu serbest buraxir, daha ne deyesen!
Kimdən:
ferhad
Haradan:
Varshava
20.11.2008 18:35
Polis mayoru ele danishir ki, guya chox qanunperest adamdi, digerlerinin huququnu pozmayan adamdi. Ozude ay polis, sen qazet oxuyursan ki? Sen ancaq yaradilmisan kimise doymeye, yuxaridan gelen emrle kimise icheri basmaga.
Indiyedek bu ve diger jurnalistlerin bashin agelen oyunlardain hech bir teqsirkari tapilmayib!! get ay polis onlari arashdir!
Arashdirsin polis, belke de o fehleni kimse oyredib gonderib onun evine.
Paylaş:
Sharing nədir?
Şriftin ölçüsünü dəyiş
Çap et
Dosta göndər
Şərh (5)
Multimedia
Səs
Jurnalist: «Mənə dedi ki, sənin başını üzəcəyəm»
Dinlə
Yazar arxivi
«Qazın qiymətini korrupsiya artırır»
«Münaqişənin həlli üçün hakimiyyətə konkret vaxt verilməlidir»
ATƏT Azərbaycandakı seçkilərə hazırlaşır…
«Ölüm hökmünə bərabər cəza…»
Mahal İsmayıloğlu 2 il şərti cəza aldı
Digər
Ən çox oxunan
Prezidentə yeni iqamətgah tikilir
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni"
«Mən qadın deyiləm... transsam»
Prezident iqamətgahının tikintisi qalmaqal yaratdı (VİDEO)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı
Parisdə yaşayan 92 yaşlı azərbaycanlı kimdir?
«Məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim...»
Iranda müxalifətçiləri güllələyən Bəsicilər kimlərdir?
Bahalı Bakı
«Gün gələcək Elçibəyi yox sayanlar pis vəziyyətdə qalacaq»
Ən çox müzakirə olunan
«Mən qadın deyiləm... transsam» (537)
İsa Qəmbər: «Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır» (72)
Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı (48)
Aqil Xəlil Parisdə həmyerlilərindən uzaq gəzir (46)
Prezidentə yeni iqamətgah tikilir (46)
Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni" (40)
«Əliyev hakimiyyətindən narazılığın artacağı gözlənilir» (37)
Büstü belə qoruyarlar... (35)
Mütəllibov İlham Əliyevə məktubunun məzmununu açıqlayır (31)
24 iyun - Elçibəyin doğum günüdür (30)
xİdmətlər
Podkast
RSS
Abunə ol
Mobil