Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

AzTV «Amerikanın səsi»nin yayımını dayandırır

2008-cu il dekabrın 31-dən AzTV «News Flash» verilişinin yayımını dayandırır

2008-cu il dekabrın 31-dən AzTV «News Flash» verilişinin yayımını dayandırır

20.11.2008
«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti - AzTV «Amerikanın səsi» proqramlarının Yayım İdarəçiləri Şurasının rəhbərliyinə rəsmi xəbərdarlıq göndərib. Xəbərdarlıqda deyilir ki, 2008-cu il dekabrın 31-dən AzTV «News Flash» verilişinin yayımını dayandırır.

«Turan»ın məlumatına görə, «Amerikanın səsi» rəhbərliyinə ünvanlanmış rəsmi məktubda deyilir ki, yayımın dayandırılmasına səbəb Azərbaycanın milli qanunvericiliyinin tələbləridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, hər bir teleradio yayımçısı ona verilmiş tezlikdə yalnız öz verilişlərini yayımlaya bilər.
Bu zaman AzTV Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq məktubuna istinad edir. Öz növbəsində, MTRŞ sədri Nuşirəvan Məhərrəmli ABŞ Dövlət katibinin müavini Devid Kramerin 2009-cu ildə xarici radiostansiyaların yayımı davam etdirməsi haqda sözlərini təsdiq etməyib.

Noyabrın 19-da Bakıda keçirdiyi mətbuat konfransında D.Kramer deyib ki, prezident İlham Əliyevlə Azərbaycanda Qərb radiostansiyalarının yayımı məsələsini müzakirə edib. Kramerin sözlərinə görə, yayımın davam etdirilməsi və paralel olaraq hüquqi məsələlərin müzakirə olunacağı barədə razılıq əldə olunub.

«Turan»ın müxbiri ilə söhbətində MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu məsələ «Azərbaycan qanunvericiliyi çərçivəsində həll ediləcək».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Barat Şəhər: Sank Peterburq
30.11.2008 03:16
2009un esil demokratiyasi bele olacaq?

Kimdən: Kavkazes Şəhər: Qafqaz
25.11.2008 12:47
Lap "Duz" eliyirler. Hemen verlisin yerine "maraqli" meksika seriali vermek olar, Bax kef ele.

Kimdən: Firiz Rza Şəhər: Bakı
21.11.2008 12:31
P.S.Cənab Devid Kramer prezident İlham Əliyevlə Azərbaycanda Qərb radiostansiyalarının yayımı məsələsini müzakirə etdiyi zaman,qonşu otaqda cənab R.Mehdiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-AzTV «Amerikanın səsi» proqramlarının Yayım İdarəçiləri Şurasının rəhbərliyinə rəsmi xəbərdarlıq məktubunu hazırlatdırmaqla məşğul idi.Sən söz deməyində olan,mən əməl görməkdə.

Kimdən: Ilqar Şəhər: Bakı
20.11.2008 17:51
Bu AzTV-nin rəhbərliyinə belə bir sualım var. Bu 2-3 ildir AzTV-nin efirində Amerikanın səsinin News Flash verilişi yayımlanır.Sual olunur, ay mən deyən ,bəs bu 2-3 ildir sən qanunları niyə pozmusan.
Ona görə, də mən lazımı orqanlara müraciət edərək bildirirəm ki,milli qanunvericiliyin tələblərini pozan məsul işçilər cəzalandırılsın.

Kimdən: Firuz Rza Şəhər: Bakı
20.11.2008 16:53
Başladı.Görünür cənab Devid Kramerin sözləri boş söz olaraq qalacaq.Bunları sözlə deyil zopa ilə başa salmaq lazımdır.
Əlvida "AZADLIQ"!