Dinlə
Canlı efir
Qaynar xətt - İz
Növbəti veriliş
səsli sənəd
Maykl Ceksonun evindən təcili yardıma zəng
Maykl Cekson vəfat edən gün onun evindən kömək üçün təcili yardıma zəngin audioyazısı.
 
Top 10
19-26 iyun

«Hərdən mənə elə gəlir ki, Allah ümumiyyətlə, Azərbaycanı öz monitorundan silib» - oxucularımızın yazdıqları
 
 
 
Mobil reportyor
«Dumanlı» Bakı...
 
Sorğu
... ... ...
 
Tatar-başqırd xidməti

Radio Farda

Amerikanın səsi

Радио Свобода

Радио Азаттык

казахская служба



 
 

Siyasət

Mollaçıyev sentyabrın 7-də öldürülüb

İlqar Mollaçıyev (fotoda ortada)

08.09.2008
Bakıdakı «Əbu Bəkr» məscidini partlatmaqda şübhəli bilinən İlqar Mollaçıyev sentyabrın 7-də öldürülüb. Dağıstan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Mark Tolçinksi «Azadlıq» radiosuna belə deyib:

«Axşam saat 9 radələrində Dağıstanın Məhərrəmkənd rayonunun Novo Ursu kəndi yaxınlığında milis Mollaçıyevi məhv edib. Onunla birlikdə daha üç terrorçu da məhv edilib».

Tolçinskinin sözlərinə görə, Dağıstan DİN-in əməkdaşları Mollaçıyevin olduğu maşını mühasirəyə alarkən onlar milisə silahlı müqavimət göstəriblər.

Əməliyyat zamanı polislərdən xəsarət alan olmayıb.

Dağıstan Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, qruplaşmanın başqa üzvlərinin axtarışı davam etdirilir.

Əslən Zaqataladan olan İlqar Mollaçıyevin «Meşə qardaşları» dini qruplaşmasının lideri olduğu deyilir.
 
 
Şriftin ölçüsünü dəyiş