Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin [ Real Audio Win Media ]
Cümə, 4 iyul 2008 22:22

AR haqqında

Azad Avropa Azadlıq Radiosu Barədə Məlumat

Azad Avropa Azadlıq Radiosu (RFE/RL) Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Yayım üzrə İdarə Heyəti (Broadcasting Board of Governors) vasitəsi ilə maliyyələşdirilən, Şərqi və Cənub Şərqi Avropa, Rusiya, Qafqaz, Orta Asiya, Yaxın Şərqi və Cənub Qərbi Asiya ölkələrinə yayımlanan özəl, beynəlxalq informasiya xidmətidir. Belarusdan Bosniyaya qədər, Arktik dənizindən İran körfəzinə qədər, dinləyicilər hər gün öz ölkələrində və dünyada baş verən hadisələr barədə hərtərəfli və obyektiv xəbərləri, analizləri və tematik verilişləri RFERL-dən almağa öyrəşiblər.

STRATEGİYA

RFE/RL bu mürəkkəb regionlarda baş verən hadisələrin yaxından ışıqlandırılmasına böyük önəm verir. Xidmət avtoritar idarəçilik, insan haqlarının pozulması, mərkəzləşdirilmiş iqtisadiyyat, etnik və dini düşmənçilik, regional münaqişələr və mətbuata nəzarəti aradan qaldırmağa çalışan ölkələrdə demokratik inkişafın və bazar iqtisadiyyatının güclənməsi üçün dinləyicilərinə balanslı və etibarlı informasiya təqdim edir. RFE/RL regionda fəalliyət göstərən ən mükəmməl xəbər xidmətlərindən biridir. RFE/RL-in Avropada və keçmiş Sovet İttifaqında 23 bürosu və hadisə yerlərindən aktual reportajlar hazırlayan 1500-dən çox ştatdan kənar müxbiri var.

PROQRAMLAR

RFE/RL 28 dildə yayımlanır:

  • Azərbaycan
  • Alban (Kosovo)
  • Avar
  • Ərəb (Azad İraq Radiosu)
  • Erməni
  • Başkır
  • Belarusca
  • Bosniya
  • Çeçen
  • Çərkəs
  • Krım Tatar
  • Xorvat
  • Dari
  • Gürcü
  • Qazax
  • Qırğız
  • Makedon
  • Pəşto (Azad Əfqanıstan Radiosu)
  • Fars (Radio Fərda)
  • Rumın
  • Rus
  • Serb
  • Tacik
  • Türkmən
  • Tatar
  • Türkmən
  • Ukrayna
  • Özbək

Həftədə 1000 saatdan çox efir vaxtı olan RFE/RL Praqadan, Venseslas Meydanında yerləşən keçmiş Çexoslovakiya Federal Parlamentinin binasındakı Yayım Mərkəzindən yayımlanır. RFE/RL -in baş qərargahı Vaşinqton şəhərində yerləşir.

RFE/RL -in proqramlarına yayımın həyata keçirildiyi regionda qısa dalğalarda qulaq asmaq mümkündür. 1996-cı ildən başlayaraq, 240-dan çox partnyor təşkilatla əməkdaşlıq əlaqələri qurub. Radionun proqramları 11 saat zonasında, 500-dən çox ötürücü vasitəsi ilə AM və FM diapazonlarında yayımlanır.

Siyasi səbəblərə görə, Belarus, İran, Türkmənistan,Tacikistan və Özbəkistanda radioproqramların yerli retranslyasiyasına icazə verilmir. RFE/RL-in yayımlandığı 18 ölkədə beynəlxalq radiolara qulaq asanların 58 faizindən çoxu RFE/RL -in daimi dinləyiciləridirlər.

Bundan başqa, RFE/RL internet vasitəsiylə də özünə geniş auditoriya qazanmaqdadır. Xidmətin www.rferl.org internet saytı (Azərbaycan dilində isə www.azadliqradiosu.az) proqramların mətni ilə tanış olmaq, verilişlərə qulaq asmak imkanı yaradır. Yalnız 2006-cı ilin mart ayında RFE/RL-in internet saytına 5,6 milyon dəfə daxil olunmuş, səhifəyə 20 milyondan çox baxış olmuş, 1.3 milyondan çox qonaq isə radionun 1 milyon saata yaxın audioyayımına canlı və ya tələblə qulaq asmışdır.

RƏHBƏRLİK / İDARƏETMƏ

Jeffrey Trimble Azad Avropa Azadlıq Radiosunun müvəqqəti icraçı prezidentidir. 2002-2005-ci illərdə cənab Trimble RFE/RL-in Siyasi və Strateji Planlaşdırma Məsələləri üzrə Müdiri, 1997-2002-ci illərdə isə Yayım üzrə Müdiri vəzifəsində çalışıb.

RFE/RL özəl, gəlirsiz şirkət kimi ABŞ-ın Delaware ştatında qeydiyyata alınıb. RFE/RL özəl, gəlirsiz şirkət olaraq federal hökümətdən qrant alır. RFE/RL-in idarə şurasına ABŞ Prezidentin təyin elədiyi Yayım üzrə İdarə Heyətinin (Broadcasting Board of Governors) 9 üzvü daxildir. BBG Birləşmiş Ştatlar hökümətinin maliyələşdirdiyi bütün qeyri-hərbi beynəlxalq yayım fəalliyəti üzərində nəzarəti həyata keçirir.

Kenneth Tomlinson Yayım üzrə İdarə Heyətinin, BBG-nin sədridir. Cənab Tomlinson 1989-1996-cı illərdə Readers Digest-in baş redaktoru, 1987-1995-ci illərdə Beynəlxalq Yayım Şurasının üzvü, 1982-1984-cü illərdə Amerikanın Səsi-nin direktoru olmuşdur.

Azad Avropa Azadlıq Radiosunun Missiya Bəyanatı

Azad Avropa Azadlıq Radiosunun missiyası faktiki məlumatlar və ideyaları yaymaq vasitəsi ilə demokratik dəyər və institutların inkişaf etdirilməsindədir.

Mərkəzi Avropadan Sakit Okeana, Baltik dənizdən Qara dənizə, Rusiyadan Orta Asiya və Yaxın Şərqə qədər ölkələr avtokratik institutlara, insan haqlarının pozulmasına, mərkəzləşdirilmiş iqtisadiyyat, etnik və dini düşmənçiliklər, regional konfliktlər və mediya üzərində nəzarətə qarşı mübarizə aparırlar.

Bütün regionlarda demokratiya və bazar iqtisadiyyatına əsaslanan stabillik qlobal sülh üçün həyati vacib əhəmiyyət daşıyır. Demokratiyanın birinci şərtinin vətəndaşların yaxşı məlumatlandırılması olduğu fikrinə əsaslanaraq və bu regiona demək olar ki, yarım əsrlik yayım təcrübəsindən çıxış edərək:

  1. Azad Avropa Azadlıq Radiosu uğurlu demokratik və bazar iqtisadiyyatı transformasiyaları üçün əhəmiyyət daşıyan yerli və regional məsələlər barədə obyektiv xəbərlər, təhlillər və müzakirələr təqdim edir.
  2. Azad Avropa Azadlıq Radiosu demokratik dəyərləri yaymaqla vətəndaş cəmiyyətlərini gücləndirir.
  3. Azad Avropa Azadlıq Radiosu etnik və dini dözümsüzlüyə qarşı mübarizə apararaq xalqlar arasında qarşılıqlı anlaşmanı təbliğ edir.
  4. Azad Avropa Azadlıq Radiosu yerli media vasitələri üçün bir model rolunu oynayır, mediada peşəkarlığın və müstəqilliyin inkişaf etdirilməsi üçün treyninqlər vasitəsi ilə kömək göstərir və yerli media vasitələri ilə əməkdaşlıq qurur.
  5. Azad Avropa Azadlıq Radiosu region dövlətləri və dünyanın bərqərar olmuş demokratiyaları arasında daha yaxın təmasların qurulmasına təkan verir.

Azad Avropa Azadlıq Radiosunun Peşəkar Jurnalistika Standartları Üzrə Kodeksi

Bütün Azad Avropa Azadlıq Radiosu jurnalistləri və jurnalist materialı təqdim edənləri aşağıdakı prinsiplərə əməl etməlidirlər:

Dəqiqlik

Azad Avropa Azadlıq Radiosu jurnalistləri əllərindən gələni etməlidirlər ki, yayımlanan məlumatlarda əks olunan faktlar dəqiq olsun. Faktın mühüm tərəfi barəsində şübhələr, yaxud ziddiyətlər olanda məlumat ən azı iki müstəqil mənbəyə istinad etməlidir.

Şayiələrə, yaxud əsaslandırılmamış məlumatlara söykənən heç bir proqram materialı yayımlanmamalıdır. Faktlar barədə yol verilmiş səhvlər ən qısa müddət ərzində efirdə düzəldilməlidir.

Tərəfsizlik

İnformasiya elə bir faktiki kontekstdə yayımlanmalı, yaxud müzakirə edilməlidir ki, problmlərin və hadisələrin başa düşülməsi asanlaşsın və məsələlərə qərəz və təhrif olmadan aydınlıq gətirilsin.

Yayıma məsul olanlar bütün məsələlər barədə əks, yaxud fərqli fikirləri səhih və balanslaşdırılmış şəkildə çatdırmalıdırlar. Proqramın balanslaşdırılması üçün fikirləri mühüm olan qruplar, yaxud fərdlər şərh verməkdən imtina edərsə, efir məlumatında həmin imtinanın qeyd olunması mühümdür.

Azad Avropa Azadlıq Radiosu istər yayım zonasının içində, istərsə də onun xaricində istənilən siyasi partiya, iqtidar, yaxud müxalif qrup və ya təşkilatdan, mühacirət dairələrindən, kommersiya, yaxud digər xüsusi marağı əks etdirən təşkilatlardan, yaxud dini qurumlardan müstəqil olmalıdır və hər hansı bir spesifik siyasi, iqtisadi və ya dini nəzər nöqtəsinin müdafiəçisi olmamalıdır.

Təhlil, Şərh və Redaktor Materialları

Bütün reportajlarda tarixçə məlumatı və izahat yer almalıdır ki, auditoriya çatdırılan məlumatın əhəmiyyətini və doğurduğu nəticələri daha yaxşı anlasın. Jurnalistlər faktları əks etdirən reportajlara öz şəxsi fikirlərini və mülahizələrini daxil etməməlidirlər.

Təhlili materiallar aydın şəkildə belə də adlandırılmalıdır ki, faktları əks etdirən reportajlar və təhlil bir-birindən fərqləndirilsin. Təhlil tarixçəni, izahatı, yaxud hadisə barədə bir-birindən fərqlənən nüfuzlu rəyləri özündə əks etdirməlidir və müəllif tərəfindən hər hansı bir şəxsi fikri ifadə etməməlidir. Təhlil şərhdən daha üstün tutulur.

Şərh, öz adı ilə adlandırılmalı, məzmunca təhlili olmalı, sağlam tonlu olmalı, lakin müəllifin də xüsusi məsələ üzrə şəxsi mülahizəsini əks etdirməlidir.

Sakit və Hörmətə Əsaslı Ton

Yayımlar bütün vaxtlarda sakit və hörmətə əsaslı tonda aparılmalı və sivil, sağlam müzakirələr, habelə bütün şəxslərin insan hüquqlarına hörmətin nümunəvi modelini əks etdirməlidir. Yayımlarda heç bir kəsə qarşı dini, etnik, sosial-iqtisadi və mədəni təhqir yer almamalıdır və yayım etiket və nəzakətli davranışın ümumi standartlarını gözləməlidir.

Yayımlarda qızışdırıcı və zorakılığa təhrik edici kimi yozula bilən material yer almamalıdır. Qarşıdurmalar, yaxud gərgin vəziyyətlər barədə verilən proqramlar balanslaşdırılmış olmalı və fakta söykənməlidir.

Təbliğat Aparmaqdan Çəkinmə

Azad Avropa Azadlıq Radiosu demokratiya və demokratik dövlətlərə xas olan insan hüquqlarını müdafiə edir. Lakin Azad Avropa Azadlıq Radiosu hər hansı bir xüsusi siyasətin və ya qanunvericiliyin qəbul edilməsi üçün təbliğat aparmır. Həmçinin, proqram seçkili, yaxud təyinatlı vəzifələrə namizədləri dəstəkləmir.

Azad Avropa Azadlıq Radiosu xalqların öz müqəddəratını təyin etmə hüququnu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktında əks olunduğu şəkildə dəstəkləyir. Lakin yayımlar separatçılıq, yaxud bölücülük ideyalarını dəstəkləmir.

Azad Avropa Azadlıq Radiosu bütün insanlar üçün hərəkət və miqrasiya azadlığını beynəlxalq normalara uyğun şəkildə dəstəkləyir. Lakin Azad Avropa Azadlıq Radiosunun yayımları ölkəni tərk etmə aktına təhrik və emiqrasiyaya təşviq etmirlər.

Etik Davranış

Azad Avropa Azadlıq Radiosunun işçiləri, yayımda iştirak edənləri və nəşrləri ən yüksək etik standartları gözləyərək yayım zonası daxilində, yaxud onun xaricində fərdlər, qruplar, siyasi, yaxud kommersiya maraq qrupları ilə münasibətlərində maraqlar ziddiyətindən, yaxud belə bir görüntünün yaranmasından çəkinməlidirlər. Azad Avropa Azadlıq Radiosu işçiləri və proqrama material təqdim edənləri heç bir halda öz şəxsi maraqları, yaxud qazancları naminə bir ictimai fiqur kimi öz statuslarından, yaxud Azad Avropa Azadlıq Radiosunun yaxşı reputasiyasından heç bir halda sui-istifadə etməməlidirlər.

Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org