Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:27

Xose Borqino: 'Fikir polisi hər birimizin öz içindədir'


Xose Borqino
Xose Borqino

"Fikir polisləri burada, hər birimizin öz içindədir. Bizi məcbur edirlər ki, fikirləri yüksək səslə söyləmək və ya başqaları ilə bölüşmək barədə iki dəfə düşünək. Özünüsenzuranın faciəsi budur".

Bu sözləri Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqino Bakıda "Kitabistan Talks" layihəsi çərçivəsində keçirilən konfransda dilə gətirib. O, naşirlik və senzura haqqındakı çıxışında deyib ki, Assosiasiya hər yerdə nəşretmə azadlığını tək təmin edə bilməz: "Müəlliflər, kitab satıcıları və kitabxanaları təmsil edən digər beynəlxalq təşkilatlarla birlikdə bütün bu azadlıqlara təkcə qanunda deyil, həm də praktikada riayət olunmasını təmin etmək üçün çalışırıq".

X.Borqinonu Azərbaycana dəvət edən "Kitabıstan" Araşdırma Mərkəzinin həmtəsisçisi Şəhriyar Məcidzadə konfransa dair fikirlərini AzadlıqRadiosuna da bölüşüb: "Dünyanın bir çox ölkəsində nəşretmə azadlığı və senzura problemi ilə üzləşən naşirlər var və bu problemlərin həlli istiqamətində çalışan qurumlardan biri də Beynəlxalq Naşirlər Assosiasiyasıdır. Bu qurumun baş katibinin Azərbaycana ilk dəfə "Kitabıstan"ın dəvəti ilə gəlməsi və Bakıda bu mövzuda çıxışı ilə kitabçılıq sahəsini və naşirlik mövzusunu sivil dünya ölkələri ilə eyni səviyyəyə gətirə bildik. Bununla müəlliflik hüququ və yaradıcılıq azadlığı kimi məsələlərə biganə qalmadığımızı ifadə etdik".

"Kitabistan Talks" konfransı
"Kitabistan Talks" konfransı

Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi X.Borqino AzadlıqRadiosuna müsahibəsində bildirib ki, bütün dünyada nəşriyyatlar oxşar problemlərlə üzləşir: "Müəlliflik hüququ və onun tətbiqi, kağız və rəqəmsal piratçılıq, nəşretmə azadlığı və indi də süni intellekt problemi. Ümid edirəm, mənim səfərim Azərbaycandakı naşirlərə başqa yerlərdə nə baş verdiyini və başqalarının təcrübələrindən necə öyrəndiklərini anlamağa kömək edə bilər".

"Ortaq problemləri müəyyənləşdirmək imkanı"

X.Borqino Azərbaycana buradakı durumla daha yaxından tanışlıq üçün gəldiyini deyib. O, Azərbaycan naşirləri ilə əməkdaşlığın tərəflərə nə qazandıracağı ilə bağlı suala cavab verərkən, Beynəlxalq Naşirlər Assosiasiyasının 81 ölkədə 101 üzvü olduğunu söyləyib: "Üzvlərimiz bu şəbəkədən, ən yaxşı təcrübələri bölüşmək və ortaq problemləri müəyyənləşdirmək imkanından faydalanırlar".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG